Xəbərlər

Azərbaycanlı uşaq yazıçısı 2014-cü il üçün Hans Kristian Andersen mükafatına namizəddir

 F.Köçərli adına Respublika Uşaq Kitabxanası üzvü olduğu Beynəlxalq Uşaq Kitabları Şurasının 2014-cü il üçün Hans Kristian Andersen mükafatına uşaq yazıçısı Sevinc Nuruqızının namizədliyini verib.


Kitabxananın elmi işlər üzrə direktor müavini Zahirə Dadaşovanın məlumatına görə, Sevinc Nuruqızının adı artıq namizədlərin siyahısına salınıb. 


Hans Kristian Andersen mükafatı uğrunda 34 ölkədən 29 müəllif və 31 illüstrator mübarizə aparacaq. Münsiflər heyətinin seçimi 2014-cü il martın 15-16-da məlum olacaq. Qaliblərin adı isə martın 24-də Bolonya Uşaq Kitabı sərgisində elan ediləcək.


Xatırladaq ki,  1956-cı ildə təsis edilmiş  Hans Kristian Andersen mükafatı iki ildən bir təqdim olunur.


Yazıçı  Sevinc Nuruqızıya uğurlar arzulayırıq.