Xəbərlər

“Pişiyin evi” balet-tamaşası uşaqları bir araya gətirəcək

Bakı, 12 yanvar, AZƏRTAC 

 

Yanvarın 28-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Samuel Marşakın “Pişiyin evi” nağılı əsasında hazırlanan eyniadlı balet-tamaşa nümayiş olunacaq. 

 

Teatrdan AZƏRTAC-a bildirilib ki, səhnə əsəri rejissor Ella Hacıyevanın quruluşunda təqdim ediləcək. Uşaqlar üçün nəzərdə tutulmuş tamaşanın xronometrajı 1 saat 10 dəqiqədir. Şən musiqi və rəqslərlə zəngin tamaşa ibrətamiz həyat hadisələrdən bəhs edir.