Yaponiyada yaşayan azərbaycanlı uşaqlar üçün dəyərli hədiyyə
Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanası Yaponiyada yaşayan azərbaycanlı uşaqlar üçün müxtəlif dillərdə nəşr olunmuş kitab və jurnallar göndərib.
Kitabxananın əməkdaşı Təranə Hümbətova AzərTAc-ın Yaponiyadakı xüsusi müxbirinə deyib ki, kitabxana xaricdə yaşayan azərbaycanlı uşaqların ədəbiyyatımızı, tariximizi, mədəniyyətimizi yaxından öyrənməsinə kömək etməyə çalışır. Bu uşaqlar Vətəndən uzaqda yaşasalar da, gərək dilimizi və mədəniyyətimizi unutmasınlar, mənsub olduqları xalqın mənəvi dəyərlərini mənimsəyib yaşadıqları ölkədəki həmyaşıdlarına da çatdırsınlar. Uşaqlara hədiyyə olunan kitab və jurnallar məhz buna xidmət edir. Yaponiyadakı azərbaycanlı uşaqlar onların vasitəsilə şifahi ədəbiyyatımızı, nağıllarımızı öyrənəcək, kitabxana tərəfindən nəşr olunan “Göy qurşağı” jurnalının köməyilə Azərbaycandakı həmyaşıdları ilə tanış olmaq imkanı qazanacaqdır. Nəşrlər arasında ingilis və rus dilində olan ədəbiyyat da var. Bu, uşaqlara həmin dilləri daha yaxşı öyrənməyə kömək edəcək.
Doxsana yaxın nəşr içərisində həm Azərbaycan, həm də rus və ingilis dillərində müxtəlif kitabın, jurnal və lüğətlərin olması çox yaxşıdır. Səfirlikdə bu nəşrlər üçün xüsusi guşə yaradılacaq və Yaponiyada yaşayan bütün azərbaycanlı uşaqların ondan sərbəst istifadə edə biləcəklər.