İtaliya muzeyləri uşaqlar üçün pulsuzdur
Bu xəbər uşaqları ilə birlikdə İtaliyaya səyahət edən turistləri də sevindirəcəkdir. İndi bu ölkənin muzeylərinə giriş 18 yaşınadək bütün uşaqlar üçün pulsuz olacaqdır.
Əvvəllər bu imtiyazdan yalnız Avropa İttifaqı ölkələrindən gəlmiş uşaqlar istifadə edirdilər. Qalan uşaqlar üçün biletin qiyməti 8-15 avro təşkil edirdi.
Proqrama İtaliyanın ən məşhur məkanları – Florensiyada Mediçi Kapellası, Uffitsi Qalereyası və Pitti sarayı, Roma və Venesiya muzeyləri və bir çox digər muzeylər daxil edilmişdir.