İstedadlı uşaqlarımız tanınmış futbol klubunun məktəbində hazırlıq keçəcəklər
Bakıda AFFA-nın və “Bakcell” şirkətinin birgə təşkilatçılığı ilə “Mançester Yunayted” Yay Futbol Məktəbi layihəsi çərçivəsində istedadlı uşaqlar üçün təşkil edilmiş təlim-məşq toplantısı başa çatıb.
Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Lənkəran şəhərlərində keçirilən seçim turları nəticəsində 32 ən istedadlı uşaq toplantıya cəlb olunub.
“Mançester Yunayted” futbol məktəbinin məşqçiləri tərəfindən keçirilmiş toplantıda iştirak edən uşaqların arasından seçilmiş altı nəfər İngiltərənin Mançester şəhərinə “Mançester Yunayted” futbol məktəbində hazırlıq keçməyə göndərilib.