Xəbərlər

Balaca rəssamın fərdi sərgisi açılıb

“Baku Creative Center”də 11 yaşlı Samirə Hüseynovanın fərdi sərgisi açılıb. “Bir fırçanın rəqsi” adlanan sərgidə balaca rəssamın 40-dan çox əl işi nümayiş olunur. Onların arasında təbiət mənzərələri və çiçəklər üstünlük təşkil edir. Rəsmlər o qədər gözəl çəkilib ki, tamaşaçı  onların balaca bir qızın əl işləri olduğuna inana bilmir.
Qeyd edək ki, Samirə Hüseynova 2002-ci il mayın 4-də Mingəçevir şəhərində dünyaya gəlib. Anadan osteoartroz xəstəliyi ilə doğulan Samirə ilk şəklini 5 yaşında olarkən həkimi üçün çəkib. Professional sənətə isə 8 yaşında başlayıb. Bu günədək üç böyük sərgisi keçirilib.
İki gün davam edəcək sərgi xeyriyyə xarakteri daşıyır. Əsərlərin satışından əldə olunacaq gəlir Samirənin müalicəsinə xərclənəcək. Əziz uşaqlar, sizi də bu xeyriyyə  aksiyasında  iştirak etməyə çağırırıq.