Bakı, 6 mart, AZƏRTAC
Martın 6-da Bakı şəhəri Nərimanov rayonun 45 saylı məktəbinin şagirdləri Təhsil Nazirliyinin və “Yaşlıların təhsili” Assosiasiyasının, “Yaşıl qələm” təhsil şəbəkəsi ilə birgə həyata keçirdiyi “Step IT Academy” təhsil müəssisəsinə infoturlar və ixtisas seçimi ilə bağlı informasiya sessiyaları” layihəsində iştirak ediblər.
Məktəblilər “Step IT Academy”-nin fəaliyyəti, kompyuter proqramlaşdırılması, dizayn və şəbəkə işi haqqında məlumat əldə edib, həmçinin uşaqları informasiya texnologiyaları sahəsində uğur qazanmış, dünya şöhrətli alimlər və sahibkarlar haqqında təqdimatlarla tanış olublar.
Məktəblilər robot texnikası və Kiçik kompyter akademiyasının baş müəllimi Nadir Zamanovun təqdimatını maraqla qarşıladılar.
Təqdimatçılar məktəblilərə dövlət, özəl və QHT sektorunda çalışmaq imkanları və könüllülük fəaliyyəti haqqında məlumat veriblər.
Məktəblilərin və “Step IT Academy”-nin yaradıcı heyyətinin qarşısında çıxış edən Nərimanov rayon N 45 nömrəli tam orta məktəbin direktoru Nazilə Məmmədova təşkilatçılara və müəllimlərə maraqlı tur və sessiya üçün təşəkkürünü bildirərək, bu tədbirdən sonra uşaqların informasiya texnologiyaları sahəsində öyrənmək və işləmək imkanları haqqında məlumatlı olacaqlarını, onların peşə seçimlərində müstəqil planlaşdırmadan istifadə edərək öz məqsədlərinə çatacaqlar və əmin olduğunu söylədi.
İnfotur zamanı məktəblilərə sual vərəqələri paylanılmış, onların verildiyi suallar cavablandırılıb. Tədbir iştirakçılarına Azərbaycan Respublikası Təhsil Nazirliyinin yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən peşə təhsili sahəsində həyata keçirilən yeni layihələr haqqında məlumat verilib.
09.03.2017