
Entomoloq alimlər qarışqalardan nəqliyyat kimi istifadə edən yeni böcək növü aşkar ediblər. Bu, həşəratlar aləmində yeganə belə hal olmasa da, hər halda böyük maraq doğurur.
AZƏRTAC-ın Uşaq Portalı “Naked Science” sayına istinadla xəbər verir ki, indiyədək elmə məlum olmayan böcək növünün məskəni Kosta-Rikadır. “Nymphister kronaueri” böcəyini fərqləndirən cəhət onun yerdəyişmə manerasıdır. O, atlı qarışqalara minərək səyahət edir. Atlı qarışqaların başlıca xüsusiyyəti isə adından da məlum olduğu kimi, daim miqrasiya etməsidir. Atlı qarışqa dəstələrinin hərəkət sürəti saatda təqribən 20 metrdir, bir yerdən başqa yerə köçmək isə adətən bir neçə gün çəkir.
Ölçüsünə və formasına görə qarışqa qarnına bənzəyən “Nymphister kronaueri” böcəkləri çox kiçik həşəratlardır. Alimlər bu böcəklərdə belə davranış tərzinin necə yaranmasını tam izah etməkdə hələlik çətinlik çəkirlər. Amma onların fikrincə, böcəklərin qarışqa belində gəzməsi tropik meşə şəraitində yerdəyişmə çətinlikləri ilə bağlı ola bilər.
14.02.2017