
F.Köçərli adına Respublika Uşaq Kitabxanası 23 yanvar – Əl yazısı (hüsnxət) günü ilə bağlı azyaşlı oxucular arasında “Cırtdana məktub” mövzusunda əl yazısı müsabiqəsi keçirir. Uşaqlar öz xətti ilə yazdıqları məktubu kitabxananın daimi sakini Cırtdanın poçt qutusuna atmaqla müsabiqənin iştirakçısı ola bilər.
Hər iştirakçı müsabiqəyə bir məktub təqdim edə bilər. Məktubun həcmi bir səhifədən çox olmamalıdır. Bütün məktublar iştirakçının çox sevdiyi nağıl qəhrəmanına ünvanlanmalıdır.
Müsabiqəyə yazılar yanvarın 22-dək göndərilə bilər. “Ən gözəl xətt sahibi” adını qazanan oxucuya kitabxananın nəşr etdirdiyi “Göy qurşağı” hədiyyə olunacaq.
13.01.2017