Xəbərlər

Opera və Balet Teatrında uşaqlar üçün tamaşalar göstəriləcək

Bakı, 11 yanvar, AZƏRTAC
 
Əziz uşaqlar! Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yanvar ayında sizin üçün nəzərdə tutulan repertuarını təqdim edirik:
 
11 yanvar – Pyotr Çaykovski. “Şelkunçik” (ikipərdəli balet, Bakı Xoreoqrafiya Akademiyasının tamaşası);
29 yanvar - Leonid Vayşteyn. “Zoluşka” (ikipərdəli opera);
31 yanvar – İohann Ştraus. “Düyməcik” (ikipərdəli balet). 
 
Tamaşalar saat 14:00-da başlanacaq.