Bakı, 17 dekabr, AZƏRTAC
Dekabrın 16-da Bakı şəhərinin orta ümümtəhsil məktəbləri arasında “Azərbaycan xalq nağılı” müsabiqəsi keçirilib.
Xətai rayon M.Nəcəfov adına 86 nömrəli tam orta məktəbin ibtidai sinif şagirdlərinin çıxışları rəngarəngliyi ilə yadda qaldı.
Məktəblilər toplaşanlara “Meşənin kralı” tamaşasını təqdim ediblər.
Sehrli meşə sakinləri və nağıl qəhrəmanlarının kostyumlarında olan uşaqlar tamaşaçıları sehirli nağıl dünyasına səyahətə dəvət ediblər.
Hazırlanmış sehnəcik tamaşaçılar və qonaqlar tərəfindən alqışlarla qarşılandı.
Müsabiqənin hazırlığında ibtidai sinif müəllimləri və valideynlər iştirak ediblər.
17.12.2016