Xəbərlər

Dövlət Pantomima Teatrı uşaqlar üçün tamaşa göstərəcək

Bakı, 8 noyabr, AZƏRTAC 
 
Azərbaycan Dövlət Pantomima Teatrı həmişə olduğu kimi, noyabr ayında da uşaqları yaddan çıxarmayıb. Teatrın noyabr ayında balaca tamaşaçılar üçün nəzərdə tutulan repertuarını təqdim edirik: 
 
13, 20, 27 noyabr – Bəxtiyar Xanızadə. “Fəlakət və insan” (uşaq tamaşası). 
 
“Fəlakət və insan” tamaşasında zəlzələ və daşqın zamanı uşaqlara nə etmək, necə qorunmaq lazım olduğu nümayiş etdiriləcək. Tamaşa saat 14:00-də başlayır.
 
Pantomimanı “sözsüz teatr” da adlandırmaq olar. Teatrın universal dili olaraq qəbul edilən pantomima hərəkətin dili ilə istənilən duyğu və ya mövzunun izah olunmasıdır. Azərbaycanda pantomima teatrının tarixi 1994-cü ildən başlayır. Sonradan bu teatr-studiya Dövlət Pantomima Teatrına çevrilib. Teatrın baş rejissoru Bəxtiyar Xanızadədir.