Xəbərlər

Gənc Tamaşaçılar Teatrının səhnəsində maraqlı tamaşalar oynanılacaq

Bakı, 1 oktyabr, AZƏRTAC
 
Əziz uşaqlar! Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının oktyabr ayında sizin üçün nəzərdə tutulan repertuarını təqdim edirik:
 
1 oktyabr – Yevgeniya Şvarts. “Qırmızı papaq”;
2 oktyabr – Abdulla Şaiq. “Danışan gəlincik”;
8 oktyabr – Kamran Ağabalayev. “Şahzadə Xəzərin nağılı”;
9 oktyabr - Ərəb xalq nağılı. “Ələddinin sehrli çırağı”;
13, 14, 15 oktyabr - Yuri Şutski. “Tri porosyonka” (Rusiya Federasiyası Kalmık Milli Dram Teatrının qastrol tamaşası)”;
16 oktyabr – Panço Pançev. “Dörd əkizin nağılı”;
22 oktyabr – Hans Kristian Andersen. “Çirkin ördək balası”;
23 oktyabr - Ərəb xalq nağılı “Əlibaba və qırx quldur”;
29 oktyabr – Abdulla Şaiq. “Tıq-tıq xanım”;
30 oktyabr – Astrid Lindqren. “Uzuncorab Peppi” (premyera).
 
Tamaşalar saat 10:00, 12:00, 14:00-da nümayiş olunacaq.