Şeirlər

Budaq Təhməz. Göylər adamı

Təyyarə sürür
Göylərdə atam.
Oxuyub gərək
Atama çatam.


Мən də onun tək
Qalxam göylərə
Ayağım altda
Qala dağ, dərə.


Həsrətlə mənə,
Göz dikə hamı.
Deyərlər gəlir
Göylər adamı.