Şeirlər

Əbülfəz Ülvi. Həkim qız

Sınmış nar budağını,
Tutub sarıdı Günay.
Beləcə bu sarğını,
Budaq daşıdı on ay.


Sağalıb, şəfa tapdı,
Budaq meyvə gətirdi.
Hamı dedi: - bu narlar,
Qız balaya xətirdi.


İndi sınığı olan,
Dərdin deyir Günaya.
Sanki həkim seçilib,
Bu qız bütün binaya.