Şeirlər

İlyas Tapdıq. Telli

Balaca Telli
Qәşәng bir qızdı,
Karandaş alıb
Divarı yazdı.
Ana gördü ki,
Divar xәtt-xәtdi,
Dedi görәsәn,
Bunu kim etdi?
Telli telini
Darayıb yana,
Dedi:—Divarı
Mәn yazdım, ana.
Xoşun gәlmirsә
Bunu pozaram,
Yerindә yaxşı
Sözlәr yazaram!