Xəbərlər

“Dəcəl çəpişlər” yenidən Musiqili Teatrın səhnəsində

İyunun 9-10-da Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində Oqtay Zülfüqarov və Ramiz Heydərin “Dəcəl çəpişlər” ikihissəli musiqili nağıl-tamaşası göstəriləcək. Tamaşa görkəmli şair Mikayıl Müşfiqin məşhur “Şəngülüm, Şüngülüm, Məngülüm” əsərinin motivləri əsasında hazırlanıb. Bir sıra yeni obrazların, qəhrəmanların əlavə olunduğu səhnə əsərinin yaradıcı heyəti əsasən gənclərdən ibarətdir. Premyerası 2015-ci il mayın 16-da keçirilmiş bu tamaşanın hər nümayişi uşaqların böyük marağına səbəb olur.