Xəbərlər

Gənc Tamaşaçılar Teatrının səhnəsində maraqlı tamaşalar oynanılacaq

Bakı, 4 may, AZƏRTAC
 
Əziz uşaqlar! Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının may ayında sizin üçün nəzərdə tutulan repertuarını təqdim edirik:
        
7 may - Astrid Lindqren. "Balaca və damda yaşayan Karlson";
8 may - Süleyman Sani Axundov, Abdulla Şaiq. "Qaraca qız";
14 may - "Qoğalın nağılı";
15 may - Abdulla Şaiq. "Danışan gəlincik";
21 may - Aleksey Tolstoy. "Buratinonun macəraları";
22 may - Brandi Marvin. "Yatmış gözəl";
28 may - Ərəb xalq nağılı "Əlibaba və qırx quldur";
29 may - Rəvan Tohidoğlu. "İncəbel və div".
 
Tamaşalar saat 10:00, 12:00 və 14:00-də başlanır.