Xəbərlər

Bülbül adına musiqi məktəbinin şagirdləri YARAT Müasir İncəsənət Mərkəzində çıxış ediblər

BAKI, 15 mart, AZƏRTAC
 
Martın 14-də Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin istedadlı şagirdləri YARAT Müasir İncəsənət Mərkəzində konsert poroqramı ilə çıxış ediblər.
 
Konsertdə dünya musiqi sənətinin qızıl fondundan əsərlər səslənib. İfaçıların araslnda müxtəlif beynəlxalq musiqi yarışmalarının qalibləri, Prezident təqaüdçüləri var idi.
 
Konsertin ən cavan iştirakçısı Surə Həsənlinin cəmi 6 yaşı olmasına baxmayaraq, onun skripkada çalması zalda oturanlardan heç kimi biqanə qoymadı.