Mədəni irsimiz

XVIII əsrin yadigarı – Əsgəran qalası

AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Əsgəran qalası.

 

Qarabağ bölgəsi tarixi, mədəniyyət və memarlıq abidələri ilə zəngindir. Belə abidələrdən biri də Qarabağın hakimi Pənahəli xanın göstərişi ilə inşa olunan XVIII əsrə aid Əsgəran qalasıdır.

 

Qala Şuşadan 24, Xocalıdan isə 5 kilometr məsafədə, Qarqar çayının sağ və sol sahillərində yerləşir. Qalanın salınması Qarabağ xanlığının yüksəliş dövrünə təsadüf edib. Çay daşından tikilən Əsgəran qalasının sağ sahil istehkamı bürclərlə möhkəmləndirilmiş ikiqat daş divarlardan ibarətdir. Sol sahildəki qala dördkünc bürclüdür. Bütün bürclər bir-birləri ilə ikimərtəbəli qala dəhlizləri ilə birləşdirilib. Divarların qalınlığı 2-3 metrdir.

 

Əsgəran qalası Qarabağa səfər edən turistlərin maraqla ziyarət etdiyi məkanlardandır.