Nağıllar, hekayələr

Quşlar şahzadəni necə gətirdilər (Birma xalq nağılı)

Deyilənə görə belə bir hadisə Birmanın şimalında yerləşən Kentunq şəhərində baş verib. Şəhərin hakimi öldükdən sonra onun yerini tuta biləcək varisi yox idi. Onun ölümündən sonra hərbi rəhbərlərlə şahzadənin quluqçuları arasında baş verən münaqişələr şəhərdəki sabitliyi pozur. Əhali öz aralarında qərara gəldilər ki, yeni hakim seçsinlər.


Birmanın cənubunda bir çoban yaşayırdı. O, gənc və yoxsul idi, özgələrinin inəklərinə çobanlıq edirdi. Hər gün özü ilə çobanlıq etdiyi yerə yemək gətirirdi.


Yeməyə başlayarkən ətrafında quşlar cərgə ilə uçur, o da yeməyini ac quşlara verib çox zaman özü ac qalırdı. 


Bir dəfə ağıllı quş olan tutuquşu şimala uçub Kentuq sarayına yaxınlaşdı.


İnsanların dilini bildiyindən anladı ki, buranın əhalisi yeni hakimini gözləyirlər.


Tutuquşu geri qayıdıb eşidiklərii dostlarına danışdı. Quşlar bu barədə danışıb müzakirə edərkən, müdrik Qarğa dedi:
- Çoban çox yaxşı insandır. Onu Kentunqun hakimi edək, o da bizləri yedizdirsin.


Digər quşlar da Qarğanın məsləhəti ilə razılaşdılar. Qarğa çobanın yanına uçub gəldi.
- Ey çoban, şəhər hakimi olmaq istəyirsən ?
Əlbəttə-deyə, çoban cavab verdi.
- Onda iri bir səbət hazırla, özün də onun içində otur. Biz səbəti götürüb Kentunq şəhərinə aparaq.


Müdrik Qarğa bunları deyib uçdu. Gənc çoban isə iri səbət tapıb içində oturdu. Bu zaman böyük bir quş dəstəsi uçub gəldi. Səbəti götürüb göyə qalxdılar və Kentunq şəhərinə doğru uçdular. Yol uzaq idi. Tutuquşu yolu tanıdığından qabaqda uçur yol göstərirdi.


Nəhayət, Kentunq şəhərinə gəlib çatdılar. Tutuquşu qışqırdı:
- Ey, çoban, biz səni birbaşa hakimin sarayına qoyuruq. Şəhəri idarə et! Lakin dostlarını unutma!

 
Quşların dəstəsi səbəti sarayın həyətinə atan dəqiqə oradakı insanlar tez səbəti dövrəyə aldılar. İnsanlar səbətdə gənc oğlanı görən kimi qərara aldılar çoxdan gözlədikləri hakim gəlib.


Sevindilər ki, göylərdən taxt-tacın varisi enib. Bütün Kentunq şəhərinin əhalisi meydana toplaşıb təntənə ilə çobanı şəhərin hakimi elan etdilər.

 

Çoban şəhəri bir müddət idarə etdi. Əhali isə əvvəlki kimi öz işləri ilə məşğul olur və hakimi narahat etmirdilər.


Quşlar əvvəl sərbəst özləri üçün qida axtardılar. Elə vaxt olurdu ki, onları kənddəki əhali bəsləyir yedizdirirdi. Vaxt gəldi, heç yerdən yemək tapa bilmədilər.


Fikirləşdilər, çoban hakim yəqin dostlarını unudub. Artıq heç yerdə qida tapa bilməyəndə aclıq çəkməyə başladılar. Dəstədən bəzi quşlar acından öldülər. Quşlar narahat olanda onların başçısı dedi:
- “Yəqin hakim bizi unudub onu cəzalandırmaq lazımdır!”


Çobanın yanına ağıllı tutuquşunu göndərdilər. Tutuquşu saraya gəlib dedi:
- Şan-şöhrətli, hakim! Qonşuluqda çoxlu əhalisi, gözəl şəhərləri və bərəkətli  torpaqları olan bir böyük ölkə var. Lakin padşahı yoxdur. Səni ora aparaq oranın padşahı olarsan!


Çoban bir az fikirləşib sevindi və razılaşdı. Niyə axı olmasın? Ərazi də buradan böyük, buradan varlıdır. Düzü çoban hakim olanı acgöz olmuşdu.


Quşlar onu bura gətirdikləri səbəti gətirib onu içində oturdu. Bir anda quşlar səbəti götürüb Kentunq şəhərini səmasına qalxdılar. Quşlar cənuba tərəf vaxtilə hakimin çobanlıq etdikləri yerə doğru uçdular. Yolboyu çoban yeni sarayı haqqında düşünür, tacqoyma mərasimində başına zümrüd tacı necə qoyacağının xəyalını qururdu.


Qəfildən quşlar səbəti yerə atdılar. Çoban zərbədən bərk əzildi. Özünə gələndən sonra səbətdən çıxdı. Gördü bura ona çox tanış gəlir çöldə inəklər həmin otardığı inəklərdir çoban isə başqası idi. Göylərə baxdı lakin onun dostları olan quşlar uçub uzaqlaşdılar. Anladı ki, onu acgözlüyünə və etibarsızlığına görə cəzalandırıblar.


Artıq səhvini anlasa da, gec idi. Əlacsız qalıb yenidən çobanlıq etməyə başladı.

 

Tərcümə edən: Xanım Mehdixanlı