Xəbərlər

Pantomima Teatrı uşaqlar üçün tamaşalar göstərəcək

BAKI, 1 dekabr (AZƏRTAC).
 
Azərbaycan Dövlət Pantomima Teatrı həmişə olduğu kimi, dekabr ayında da uşaqları yaddan çıxarmayıb. Teatrın dekabr ayında balaca tamaşaçılar üçün nəzərdə tutulan repertuarını təqdim edirik:
 
6 dekabr – Bəhruz Əhmədli. “Fəlakət və insan” (yeni uşaq tamaşası); 
13 dekabr – Abdulla Şaiq. “Tıq-Tıq”. 
 
“Tıq-Tıq” tamaşasında yersiz küsəyənliyin, lovğalığın zərərinə, dost tapmağın çətinliyinə, dostluğu qorumağın vacibliyinə bir daha əmin olacaqsınız. “Fəlakət və insan” tamaşasında zəlzələ və daşqın zamanı uşaqlara nə etmək, necə qorunmaq lazım olduğu aktyorların ifasında nümayiş etdiriləcək. Tamaşalar saat 14:00-də başlayır.