
Bakı, 24 noyabr (AZƏRTAC). Dekabrın 30-dan yanvarın 4-dək Azərbaycan Dövlət Rus Dram Teatrında “Gəlin, nağıla baxaq” adı altında tamaşalar təqdim ediləcək. Uşaqları rus xalq nağıllarının qəhrəmanları ilə unudulmaz görüşlər gözləyir. Tamaşalar saat 12-də və 15-də nümayiş olunacaq. Biletləri teatrın kassalarından və şəhərin mərkəzləşdirilmiş kassalaından əldə etmək mümkündür.
24.11.2015