Xəbərlər

“Zoluşka” və “Sehrli alma” Opera və Balet Teatrının səhnəsində

Bakı, 2 noyabr (AZƏRTAC). Əziz uşaqlar! Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının noyabr ayında sizin üçün nəzərdə tutulan repertuarını təqdim edirik:
 
17 noyabr – Leonid Vayşteyn. “Zoluşka” (ikipərdəli opera) 
 
18 noyabr – Oqtay Zülfüqarov. “Sehrli alma” (ikipərdəli balet)
 
“Zoluşka” musiqi baxımından rəngarəng və maraqlıdır. Librettonu müəllifin özü yazıb. “Sehrli alma” baletini Oqtay Zülfüqarov “Məlikməmməd” xalq nağılının motivləri əsasında yazıb. Səhnə əsərinin premyerası bu il mayın 31-də keçirilib.
Tamaşalar saat 14:00-da başlanacaq. 
 
Xatırladaq ki, Opera və Balet Teatrının səhnəsində noyabrın 14-15-də Sankt-Peterburq Kukla Teatrının hazırladığı “Smeşariklərin yeni sərgüzəştləri” tamaşası təqdim olunacaq.