
Bakı,10 oktyabr (AZƏRTAC). Oktyabrın 31-dən Bakı Dövlət Sirkində yeni mövsümün açılışı olacaq. Rusiya Federasiyasından dəvət olunmuş proqram "Lasta-rika" adlanır və şəhərimizdə ilk dəfə çıxış edəcək. Sirk-şouda ilk dəfə olaraq pinqvinlərin attraksionu və qutanlarla nömrə nümayiş olunacaq. Proqrama, həmçinin hamı üçün maraqlı olacaq “dəniz şirlərinin teatrı”, atlar, meymun və tutuquşular, hava gimnastları, motosikl, kordabalet, şən kloun və digər nömrələr daxildir. “Lasta-rika” eksklüziv sirk-şousu noyabrın sonunadək Bakıda olacaq. Biletlər sirkin kassalarında hər gün saat 10:00-dan 20:00-dək satılır.
14.10.2015