Laləzar körpüsü
Qubadlı rayonunun Əliquluuşağı kəndi ərazisində Bərgüşad çayı üzərində yerləşən Laləzar körpüsü maraqlı memarlıq quruluşuna malikdir. 1867-ci ildə inşa edilən körpü düz oval şəklində tikilib. Bəzi mənbələrdə körpünün XVIII əsrdə tikildiyi qeyd olunur. . Körpünün uzunluğu 17 metr, eni 2,8 metr, hündürlüyü 4,5 metrdir. Azərbaycanda olan bir çox tarixi körpülər kimi dayaq üçün təbii qayalardan istifadə edilmişdir.