Xəbərlər

Barboskinlər ailəsi uşaqlar üçün Yeni il proqramı hazırlayır

BAKI, 15 avqust (AZƏRTAC). Dekabrın 27-də Heydər Əliyev Sarayında “Barboskinlərin Yeni ili” adlı tamaşa nümayiş etdiriləcək. Bu, əsl detektiv, akrobatik elementlərlə zəngin olan gözlənilməz hadisələr və çox gülməli səhnələrdir. Uşaqların sevimli Barbaroskinlər ailəsinə Şaxta baba və Qar qız da qoşulacaq. Əlavə informasiyanı (+994 50) 354 90 54 nömrəli telefona zəng edərək öyrənmək  olar.