May ayında Gənc Tamaşaçılar Teatrında uşaqlar üçün maraqlı tamaşalar göstəriləcək
BAKI, 29 aprel (AZƏRTAC). Əziz uşaqlar! Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının may ayında sizin üçün nəzərdə tutulan repertuarını təqdim edirik:
2 may – Abdulla Şaiq. “Danışan gəlincik”
3, 7 may – Süleyman Sani Axundov, Abdulla Şaiq “Qaraca qız”
6 may – Dilsuz. “Əlincə qalası”
9 may - Azərbaycan xalq nağılı “Göyçək Fatma”
10 may – Mikayıl Müşfiq. “Şəngülüm, Şüngülüm, Məngülüm”
16 may – Pərvin Nurəliyeva. “Dəcəl keçi”
17 may – Panço Pançev. “Dörd əkizin nağılı”
23, 24 may – Hans Kristian Andersen. “Çirkin ördək balası” (premyera)
30 may - Ərəb xalq nağılı. “Ələddinin sehrli çırağı”
31 may - Yevgeni Şvarts. “Qırmızı papaq”
Tamaşalar saat 12:00, 14:00, 16:00-da başlayır.
29.04.2015