Pantomima teatrı uşaqlar üçün tamaşalar göstərəcək
BAKI, 29 aprel (AZƏRTAC). Azərbaycan Dövlət Pantomima Teatrı həmişə olduğu kimi, may ayında da uşaqları yaddan çıxarmayıb. Teatrın may ayında balaca tamaşaçılar üçün nəzərdə tutulan repertuarını təqdim edirik:
3, 17, 31 may - Antuan de Sent-Ekzüperi. “Balaca şahzadə”
10, 24 may - Abdulla Şaiq. “Tıq-Tıq”
Bu tamaşalara baxdıqdan sonra yersiz küsəyənliyin, lovğalığın zərərinə, dost tapmağın çətinliyinə, dostluğu qorumağın vacibliyinə bir daha əmin olacaqsınız. Pantomimanı “sözsüz teatr” da adlandırmaq olar. Teatrın universal dili olaraq qəbul edilən pantomima, yəni hərəkətin dili ilə istənilən duyğu və ya mövzunu izah etmək olar. Azərbaycanda pantomima teatrının tarixi 1994-cü ildən başlayır. Sonradan bu teatr-studiya Dövlət Pantomima Teatrına çevrilib. Teatrın baş rejissoru Bəxtiyar Xanızadədir.
Tamaşalar saat 14:00-də başlayır.
29.04.2015