Xəbərlər

“Zoluşka” operası nümayiş etdiriləcək

BAKI, 13 aprel (AZƏRTAC). Aprelin 18-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Leonid Vaynşteynin “Zoluşka” operası nümayiş etdiriləcək. İki hissəli səhnə əsərinin quruluşçu rejissoru əməkdar incəsənət xadimi Əli Usubov, dirijoru xalq artisti Cavanşir Cəfərov, quruluşçu rəssamı Ənvər Almaszadədir. Libretto Şarl Perronun eyniadlı nağılı əsasında yazılıb.