Xəbərlər

Uşaq ədəbiyyatından bəhs edən elektron baza artıq balaca oxucuların ixtiyarındadır

19.07.2013. Salam dostlar. Biz bilirik ki, siz bədii kitab oxumağı sevirsiniz. Elə ona görə də sizə təzə xəbərimiz var. “Yeni nəşrlər” jurnal-kataloqunun redaksiyası tərəfindən “Uşaq ədəbiyyatı” jurnal kataloqu və uşaq ədəbiyyatından bəhs edən elektron baza hazırlanıb. Kitab oxumaq üçün bundan sonra siz bu yeni elektron bazadan istifadə edə bilərsiniz. www.yayim.org internet səhifəsinin “Uşaq ədəbiyyatı” və “Uşaq yazarları”  bölməsində çoxsaylı əsərləri oxuyub onların müəllifləri haqqında məlumatlar əldə edərsiniz. Burada yerləşdirilmiş köməkçi dərs vəsaitləri haqqında məlumatlar da sizin köməyinizə çata bilər.