Bioloqlar zebrin zolaqlı olmasının səbəbini iqlimlə əlaqələndirirlər
Amerika alimləri zebrin zolaqlı olmasının səbəbləri barədə mülahizələr yürüdüblər. Bu mülahizələr “Royal Society Open Science” elmi jurnalında dərc olunmuş məqalədə yer alıb. Zebrin görkəmi barədə belə fərziyyələr də var ki, onun zolaqlılığı həşəratları qorxutmaq, ya da yırtıcılardan gizlənmək vasitəsidir.