Vinni Pux və hamı, hamı, hamı...
BAKI, 13 dekabr (AzərTAc). 2015-ci il fevralın 21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Eksperiment” Moskva Musiqili Teatrı tərəfindən “Vinni Pux və hamı, hamı, hamı” adlı uşaq animasiya şousu təqdim ediləcək. Tamaşanın quruluşçu rejissoru “Bremen musiqiçiləri” myuziklinin, A.Aleksandrov adına iki dəfə Qırmızı Bayraq Ordenli Rusiya Ordusu Mahnı və Rəqs Ansamblının rejissoru, əməkdar artist Boris Boreykodur. Tamaşada bütün uşaqların çox sevdiyi Pux və onun dostları canlandırılacaq.