Vüqar Haqverdiyev. Uçan adam
Biri vardı, biri yoxdu, Ayxan adında balaca bir oğlan vardı. Bu oğlan sehrbaz olmaq istəyirdi.
Anası gələndən sonra həyətə düşdü. Sehrli qüvvəsini uşaqlara göstərib öyünmək istədi. Həyət uşaqlarla dolu idi. Kimi top-top oynayırdı, kimi də qaçdı-tutdu. Özü yaşda olan Seymur isə Ayxangilin dəmir qarajlarının qabağında qumdan evcik düzəldirdi. Ondan xoşu gəlmirdi, həmişə sözləşirdilər. Yaxınlaşıb dedi: Seymur qalxıb davaya hazırlaşanda, Ayxan sehrli qüvvə ilə onu bir neçə dəfə göyə qaldırıb endirdi. Seymurun qorxudan qıvrım saçları biz-biz oldu. Qaçıb güclə canını qurtardı. Digər uşaqlar da aradan çıxdılar.
Ayxan qonşu məhəlləyə keçdi. Gördü ki, həmişə onunla mübahisə edən uzun hörüklü Narıngül skamyada oturub gəlinciklə oynayır.
Uzaqdan oyuncağı yandırıb külə döndərdi. Yazıq qızın az qaldı qorxudan ürəyi getsin, ağlaya-ağlaya evlərinə qaçdı.
Balaca Ayxan isə lovğa-lovğa sinəsinə vurub dedi:Kənardan Ayxanın hərəkətlərini səbirlə izləyən Uçan adam, nəhayət ki, dözə bilmədi. Başa düşdü ki, uşaq onu aldadıb. Yaxşı işlər əvəzinə, pis işlər görür. Tez onun sehrini əlindən aldı.
Ayxan guppultu ilə yerə dəydi. Əl-ayağı əzildi, üz-gözü göyərdi, ağlaya-ağlaya evlərinə qaçdı. Bundan sonra o, bir daha sehrbaz olmaq istəmədi.