
BAKI, 14 noyabr (AzərTAc). Azərbaycan Dövlət Musiqili Teatrında Emin Sabitoğlu və Yevgeni Şvartsın “Qırmızı papaq” əsərinin son məşqləri gedir. Tamaşanın quruluşçu-rejissoru Azərbaycanın əməkdar artisti Boris Qrafkindir. Əsərin əsas qayəsini xeyirlə şərin mübarizəsində sonda xeyirxah qüvvələrin qalib gəlməsi, gənclərin yaşlı nəslə qayğı və diqqəti təşkil edir. Əsas rolları obrazları əməkdar artistlər Emma Məlikova, Səmayə Musayeva, aktyorlar Elçin İmanov, Mehriban Zalıyeva, Şaban Cəfərov, Rəsmiyyə Nurməmmədova və başqaları canlandıracaqlar.
14.11.2014