
BAKI, 3 noyabr (AzərTAc). Azərbaycan Dövlət Pantomima Teatrının kollektivi hər ay olduğu kimi, noyabrda da uşaqları yaddan çıxarmayıb. Teatrın noyabr ayında balaca tamaşaçılar üçün nəzərdə tutulan repertuarını təqdim edirik:
16 noyabr – “Tıq-Tıq”
23 noyabr – “Balaca şahzadə”
Bu tamaşalara baxdıqdan sonar yersiz küsəyənliyin, lovğalığın zərərinə, dost tapmağın çətinliyinə, dostluğu qorumağın vacibliyinə bir daha əmin olacaqsınız.
Pantomimanı “sözsüz teatr” da adlandırmaq olar. Teatrın universal dili olaraq qəbul edilən pantomima, bədən dili ilə istənilən duyğu ya da mövzunu izah etməkdir. Azərbaycanda pantomima teatrının tarixi 1994-cü ildən başlayır. O vaxt Mədəniyyət Nazirliyi tərəfindən Gənc Tamaşaçılar teatrının nəzdində “Dəli yığıncağı” pantomima teatr-studiyası yaradılmışdı. Sonradan bu teatr-studiya Dövlət Pantomima Teatrına çevrilib. Teatrın baş rejissoru Bəxtiyar Xanızadədir.
Tamaşalar saat 14:00-də başlayacaq.
03.11.2014