Nağıllar, hekayələr

Çəyirtkə Dendi

Bir vaxtlar Dendi adlı inadkar və qürurlu bir çəyirtkə vardı. Hələ kiçik ikən o, digər çəyirtkələrlə tullanmağı öyrənərkən, həmişə ən yüksəyə sıçramağa can atırdı. Amma bir gün müəllimi ona dedi:

 

- Dendi, təkcə böyük deyil, həm də kiçik sıçramaları öyrənməlisən.

 

- Xeyr, - deyə Dendi cavab verdi, - Mən hamı kimi deyiləm. Mən qeyri-adi bir çəyirtkəyəm, yalnız böyük sıçramaları sevirəm.

 

Beləliklə, Dendi heç vaxt kiçik sıçramalar etməyi öyrənmədi.

 

Bir gün o, tullanmaq üçün evindən çıxdı və yolda Oliviya adlı ilbizlə tanış oldu.

 

- Bu yavaş hərəkətli həyatdan bezmirsən? - deyə Dendi Oliviyadan soruşdu - Bütün günü öz evini belində sürünərək daşıyırsan.

 

- Nə danışırsan! - Oliviya cavab verdi - Sürünməyi sevirəm! İlbiz olmaqdan çox zövq alıram, xüsusən yağış yağanda; evim rahat və qurudur. Ən əsası odur ki,  heç vaxt evə gecikmirəm, çünki evim həmişə mənimlədir. Ümid edirəm nə demək istədiyimi başa düşürsən? İlbiz olmaq çox maraqlıdır!

 

- Yaxşı görək... Bu zövq məsələsidir və zövqlə bağlı mübahisə etmirlər.. – deyib Dendi Oliviya ilə sağollaşdı. O, göyə böyük sıçrayış edib özündən razı şəkildə məkandan uzaqlaşdı.

 

Dendi həqiqətən əla tullanan idi. Bütün çəyirtkələr yaxşı tullanırlar, ancaq təkcə Dendi otuz santimetr hündürlüyə tullanmağı bacarır, özü də on dəfə kiçik olduğunu nəzərə alsaq, bu böyük bir məsafədir.

 

Lakin Dendinin də bacara bilmədiyi bir şey vardı- kiçik sıçrayışlar etmək; on beş və ya on santimetr hündürlüyə sıçrayışlar etmək onda alınmırdı.

 

Olivia ilə danışarkən nahar vaxtı idi və Dendi evə tələsirdi. Artıq o, evin yaxınlığındaydı - cəmi on santimetr uzaqlıqda. Amma nə qədər çalışsa da o, evə girə bilmədi. Nə qədər tullansa da, hər dəfə evinin üstündən keçib düşdü aralı məsafəyə. Axı, Dendi kiçik sıçrayışlar necə edəcəyini bilmirdi!

 

Yazıq Dendinin artıq səbri tükəndi və dəhşətli dərəcədə qəzəbli idi, amma sonra xoşbəxtlik baş verdi. Sizcə kim gəldi? Evini belində daşıyan ilbiz Oliviya.

 

- Görürsən, Dendi, - o, dedi, - ilbizlərin də qürur duyacaq bir şeyi var. Ən azından heç bir çətinlik çəkmədən evinə daxil ola bilir.

 

Oliviya çox mehriban idi və Dendiyə bu təklifi etdi:

 

- Otur belimə, səni evə aparım!

 

Dendi çox sevindi. Oliviyanın təklifini məmnunluqla qəbul edib oturdu onun belinə. İlbiz çəyirtkəni sürünə-sürünə evinə apardı.

 

"Təşəkkür edirəm, Oliviya" - Dendi dedi - "Artıq başa düşdüm ki, böyük sıçramalardan da vacib kiçik sıçramalar var!