Nağıllar, hekayələr

İbrətamiz hekayə. Xarici görünüş

Bir gün Saşanın zəngli saatı qırıldı. Saşa səhər yuxudan gec oyandı, dərsin başlamasına isə bir neçə dəqiqə qalmışdı. O, otaqda qaçan bir meteor kimi tez paltarını geyindi, çantasını bağladı və məktəbə doğru qaçdı. Təzəcə zəng çalmışdı ki, müəllimə ilə eyni vaxtda Saşka da sinfə daxil oldu. Partasının arxasına oturdu, lakin təngnəfəslikdən yerində rahat dura bilmirdi.

 

Dərs həmişəki kimi davam edirdi, amma Saşa hər şeyin yaxşı olmadığını hiss etdi. Yanında əyləşən sinifyoldaşı onun yanından yavaş -yavaş uzaqlaşırdı, digər uşaqlar isə ona birtəhər baxırdılar.

 

Müəllimə isə bir şey demək istəyir, amma cəsarət etmirdi.

 

Nəhayət, Saşka dözə bilmədi və yanında oturan sinif yoldaşından soruşdu:

 

- Olya, Olya, niyə hamı mənə belə baxır?

 

Olya narazı halda burnunu çevirdi və istəksiz ona cavab verdi:

 

- Bu gün heç özünə güzgüdə baxdınmı? Dişlərini fırçaladınmı? Saçlarını daradınmı?

 

Saşa ağzı açıq halda donub qaldı. Sonra zəng vuruldu. O, güllə kimi dəhlizə qaçdı və girişdəki güzgüyə tərəf getdi. O, güzgüdə özünü tanımadı: köynəyi pencəyinin altından çıxır, saçları isə elə bil qasırğaya düşüb fərqli istiqamətlərə yapışmışdır; üzü isə quru, yuyulmamış.

 

"Bu eybəcər kimdir?" Saşka bir səs eşitdi, ətrafa baxdı, amma sonra bunu öz-özünə söylədiyini başa düşdü.

 

Başını əlüzyuyana endirdi. Darağı çıxarıb saçlarını daradı. Üzünü yaxşıca yudu, təmiz bir dəsmal ilə sildi, paltarlarını səliqəyə saldı, ayaqqabılarını təmizlədi. Saşkanın çiynindən sanki böyük bir yük atıldı. Hətta nəfəs almaq belə asanlaşdı. Saşa yenə özünü normal bir insan kimi hiss edir, başqalarından heç də pis görsənmirdi.

 

Saşkanın əhval-ruhiyyəsi o qədər artdı ki, mahnı oxumağa başladı. Mahnının sözləri “səliqə”, “səhman” və “təmizlik” haqqında idi. O, istəyirdi ki, onu bu cür bir də müəlliməsi və sinif yoldaşları görsün. Bilsinlər ki, bundan sonra Saşa həmişə xarici görünüşünə fikir verəcəkdir.