Nağıllar, hekayələr

Vitaliy Bianki. Quyruqlar

Quyruq arzusunda olan bir milçək insanın yanına gelib giley-güzar etdi ki, bəs niyə mənim quyruğum yoxdur. 

 

- Bütün heyvanların quyruğu var, mənim isə yoxdur. Sən hər şeyi bacarırsan, mənə də quyruq düzəlt!

 

- Quyruq sənin nəyinə gərəkdir? – deyə insan soruşdu.

 

- Quyruq gözəllik üçün lazımdır – miçək dedi.

 

- Amma mən quyruğu yalnız gözəllik üçün olan heyvan tanımıram. Sən elə quyruqsuzda yaxşı yaşayırsan!

 

Sonra milçək o qədər deyindi, o qədər vızıldandı ki, gah şirniyyata qondu, gah insanın burnuna qondu, gah bir qulağına vızıldadı, gah da o biri qulağına.

 

Yordu milçək insanı və o, milçəyə dedi:

 

- Yaxşı! Sən bağa, meşəyə, çaya, sahəyə uç. Hələ bax gör oralarda quyruğu yalnız gözəllik üçün olan heç olmasa bircə dənə quş, heyvan, və ya sürünən tapacaqsanmı? Tapsan onlardan quyruq istəyərsən!

 

Milçək sevindi və pəncərədən uçub getdi.

 

Milçək bağdan uçanda yerdə bir dənə ilbiz gördü. İlbizin yanına uçaraq qışqırdı:

 

- Ey İlbiz, quyruğunu ver mənə! O səndə yalnız gözəllik üçündü.

 

- Yox, yox! Sən nə danışırsan! – ilbiz dedi - “Məndəki heç quyruq da deyil: bu əslində mənim qarnımdır. Mən qarnımı yığıram-açıram, yığıram-açıram, və beləcə sürünərək hərəkət edirəm. Mən sürünürəm.

 

Milçək səhv etdiyini görüb uçmağa davam etdi.

 

Çaya tərəf uçub gəldi. Burda bir Balıq və bir  Xərçəng gördü - hər ikisinin də quyruğu vardı. Milçək əvvəlcə balığa dedi:

 

- Quyruğunu mənə ver! O səndə yalnız gözəllik üçündü.

 

- Heç də, heç də gözəllik üçün deyil! Qətiyyən deyil! - deyə balıq cavab verdi. - Quyruğum mənim sükanımdır! Bax: əgər sağa dönmək istəyirəmsə də - quyruğumu sağa çevirirəm; sola dönmək lazımdırsa - quyruğumu sola çevirirəm. Quyruğumu sənə verə bilmərəm!

 

Bu zaman milçək xərçəngə dedi:

 

- Quyruğunu mənə ver, ay Xərçəng!

 

- Verə bilmərəm, - deyə Xərçəng cavab verdi. – Mənim ayaqlarım zəifdi, incədi, mən onlarla üzə bilmirəm, amma quyruğum enlidi və möhkəmdi. Quyruğumu suya elə vururam ki, o məni qabağa tullayır. Şap-Şap və beləcə istədiyim yerə üzurəm. Quyruğum mənim avarımdır!

 

Milçək uçmağa davam etdi və gəlib meşəyə çatdı. Burda bir ağacdələn gördü və ona dedi:

 

- Quyruğunu mənə ver, ay ağacdələn! o səndə yalnız gözəllik üçündür.

 

- Kimsən eee! – deyə Ağacdələn gileyləndi. - Bəs onda mən ağacları necə dələcəm, özümə necə yem axtaracam, balalarıma necə yuva quracam?

 

- Dimdiyinlə edərsən! – milçək dedi.

 

- Dimdik öz yerində, - Ağacdələn cavab verdi, - ancaq quyruq olmadan mümkün deyil, bacarmaram! Bax, diqqət et gör ağacları necə dəlirəm!

 

Ağacdələn möhkəm və sərt quyruğunu ağacın qabığına dirədi, bütün bədəni ilə sirkələnərək ağaca necə dimdik atdısa ağacın qırıntıları ətrafa səpələndi.

 

Milçək gördü ki, həqiqətən ağacdələn ağacları dələndə quyruğuna söykənir. Quyruqsuz işi çətin olar! Quyruğu ona dayaq verir!

 

Beləcə milçək yenidən uçmağa davam etdi.

 

Balaları ilə birlikdə kolluqların içində oturan bir marala rast gəldi. Baxdı ki, maralın  quyruğu balaca, ağ və yumşaqdır. Milçək sevindi:

 

- Quyruğunu mənə ver, ay Maral! - deyə necə ucadan vızıldadısa maral qorxdu.

 

- Yox, yox, sən nə danışırsan! – O, dedi - Əgər quyruğumu sənə versəm, o zaman balarımın halı necə olar?! İtib batarlar!

 

- Quyruğun balalarının nəyinə gərəkdi ki? – deyə milçək təəccüb ilə soruşdu.

 

- Bəs necə, əlbətdəki gərəkdi- maral dedi. – Bax, canavar üstümüzə hücum edəndə mən gizlənmək üçün meşəyə qaçıram. Balalarım da mənim dalımca qaçırlar. Amma bu dalların, kolluqların içində məni görə bilmirlər. Bu zaman mən ağ, yumuşaq quyruğumu yelləməyə başlayıram: "Bura gəlin, bura!" deyə onlara işarə edirəm. Onlar da gördükləri ağ nişanənin dalınca qaçaraq yanıma gəlirlər. Beləliklə, hamımız canavardan qaçıb xilas oluruq.

 

Milçək çarəsiz yenə uçmağa davam etdi və bu dəfə bir tülküyə rast gəldi.

 

- Ahhh, tülkünün nə yaman gözəl quyruğu var! İri, yumşaq narıncı! Bir sözlə çox gözəldi!


"Həəəə," dedi milçək və düşündü, "Bu quyruq yüz faiz mənim olacaq". Milçək uçub tülküyə yaxınlaşdı.

 

- Quyruğunu mənə ver!- deyə qışqırdı.

 

- Sən nə danışırsan, ay milçək! - Tülkü dedi. – Quyruqsuz mən bataram eee! İtlər dalımca düşər və tezcə tutar məni, amma quyruğum olsa onları aldada bilərəm!

 

- Quyruğunla onları necə aldada bilərsən?- milçək maraqla soruşdu.

 

- Köpəklər məni tutmaq üçün yaxınlaşanda, mən quyruğumu yellədib onları çaşdırıram! – quyruğumu sağa yellədib, özüm sola qaçıram. Onlar səhf etdiklərini anlayanda mən ordan çoxdan uzaqlaşmış oluram.

 

Milçək gördü ki, həqiqətən də heyvanların quyruqları gözəllik üçün deyilmiş. Hər bir heyvanın quyruğu onların işlərinə yarıyır. Nə meşədə, nə də çayda əlavə quyruq yoxdur. Daha edəcək bir iş qalmadığına görə, milçək kor-peşman evə qayıtdı.

 

O, yenidən insanın yanına gəldi. İnsan pəncərənin qabağında oturub həyətə baxırdı. Milçək yenə başladı onu bezdirməyə. Gəlib adamın düz burnunun  ucuna qondu. İnsan əli ilə burnuna vuranda, milçək tez alnına qondu, bir əli ilə alnına vuranda, milçək yenidən burnuna qondu:

 

- Uffff, əl cək məndən, ay milçək! - kişi dedi.

 

- Əl çəkməyəcəm, - deyə milçək ucaqdan vızıldadı. – Mən quyruq istəyirəm! Bütün heyvanlardan soruşdum - bütün heyvanların quyruqları işlərinə yarayır. Bəs mən neynəyim?

 

İnsan gördü ki, milçək ondan əl çəkən deyil, ondan canını qurtara bilməyəcək. Aaah, milçək necə də zəhlə tökəndir!

 

Düşündü və dedi:

 

- Milçək, ay Milçək! Bir dayan! Görürsən həyətdəki inəyi! Get ondan da quyruğunun nəyə lazım olduğunu soruş!

 

- Yaxşı, tamam, - milçək dedi, - İnəkdən də soruşacam. Bu dəfə inək də mənə quyruğunu verməzsə, insanı  yaşamağına peşman edəcəm! - deyə milçək öz-özunə düşündü.

 

- Milçək pəncərədən həyətə uçdu. Gəlib inəyin belinə qondu və başladı vızıldamağa.

 

- İnək, ay İnək quyruq sənin nəyinə lazımdır?

 

Bir daha soruşdu:

 

-İnək, quyruğunu mənə ver? - Milçək bir neçə dəfə təkrarladı.

 

İnək susdu, susdu, və sonra quyruğu ilə belinə necə şappıltdatdısa milçək bərk əzildi və yerə düşdü.

 

O, artıq yaxşı bildi ki, inəyə də quyruq nə üçün lazım imiş.

 

İnsan isə pəncərədən baxıb dedi:

 

- Yaxşı oldu sənə, milçək! İnsanları, heyvanları bir daha narahat edib, bezdirmə!