Xəbərlər

“Sehrli dünya” jurnalı Goradil qəsəbəsində

15.07.2013. Salam, dostum. Sənə bu dəfə “Sehrli dünya” jurnalının Abşeron rayonunun gözəl, səfalı yerlərindən biri olan Goradil qəsəbəsinə səyahətindən danışacağam. Buradakı hovuzu, karuselləri, idman meydançası olan “Sərhədçi” istirahət mərkəzində hər həftə yay tədbiri keçirilir. 

 Bu həftə isə uşaqların sayı daha çox olduğundan “Sehrli dünya”nın tədbiri çox şən və maraqlı keçdi.

Dəniz, hovuz, klounlar, müsabiqələr hər kəsin yay sevincinə o qədər rəng qatmışdı ki, heç kəs “Sehrli dünya”dan ayrılmaq istəmirdi. Uşaqların da, valideynlərin də üzlərindən sevinc yağırdı. Jurnalın keçirdiyi rəsm və digər müsabiqəsinin qaliblərinə isə “Sehrli dünya”dan hədiyyələr verildi. Sevimli bir gündən çətinliklə ayrılan balacalar gələn həftəni səbirsizliklə gözləyirlər. Hələ sentyabra qədər neçə-neçə belə tədbirlər keçiriləcək.