Xəbərlər

Kukla Teatrı yeni mövsümü “Qoğal” tamaşası ilə açıb

Sentyabrın 12-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı yeni mövsümü “Qoğal” tamaşası ilə açıb. Tamaşanın quruluşçu rejissoru Rusiyadan dəvət edilən məşhur rejissor Eduard Qaydar, quruluşçu rəssamı Tatyana Melnikova, bəstəkarı Əməkdar İncəsənət Xadimi Cahangir Zülfüqarovdur. Rus xalq nağılı əsasında səhnələşdirilən “Qoğal” daha əvvəl azərbaycanlı azyaşlılara təqdim edilsə də, dəvətli rejissor bu dəfə məşhur nümunəyə fərqli yozum verib. Əsas rolları Cəmilə Allahverdiyeva, Rəhim Rəhimov, Tamilla Bünyatova, İqbal Əliyev, Sona Rəhimova, Cavid İbrahimov ifa ediblər.