Nağıllar, hekayələr

Mehriban səma

Sevil müəllimə uşaqları tarlaya ekskursiyaya aparmışdı. Gözəl bir payız səhəri idi. Uzaqda köçəri quşların qatarı görünürdü. Quşların səsi azalmışdı, təbiət sanki qəmli idi.

 

Müəllim uşaqlara dedi:

 

– Dünən biz sizinlə əlamət bildirən sözlər mövzusunu keçmişdik. İndi başınızı qaldırıb səmaya baxın. Onun əlamətlərini sadalaya bilərsinizmi?

 

Uşaqlar diqqətlə səmaya baxdılar və hərə öz fikrini söylədi:

 

– Səma gömgöydür...

 

– Səma mavidir...

 


– Səma təmizdir...

 

– Səma aydındır...

 

Sonra yenə də fikirlər təkrar olunurdu. Kənarda dayanan Kəmalə isə heç nə demirdi.

 

– Sən niyə danışmırsan?

 

– Səma mehribandır, – deyə Kəmalə gülümsündü.

 

Uşaqlar əvvəl susdular, sonra bayaqdan görmədiklərini gördülər və dilləndilər:

 

– Səma qəmlidir...

 

– Səma həyəcanlıdır...

 

– Səma soyuqdur...