
11.09.2014. Qax Dövlət Kukla Teatrı oktyabrın 1-dən 8-dək Rusiya Federasiyasının Həştərxan şəhərində keçiriləcək IV “Kaspiyski bereq” Beynəlxalq teatr festivalına dəvət alıb.
Festivalda ölkəmizi təmsil edəcək əyalət teatrı “Turp” rus xalq nağılı əsasında hazırlanmış eyniadlı pantomim-tamaşanı təqdim edəcək. Hazırda yeni mövsümə hazırlaşan yaradıcı kollektiv sentyabrın 16-da Aləmzar Ağazadənin “Toya gecikən tülkü” tamaşasını göstərəcək.
Tamaşanın quruluşçu rejissoru Yusif Abdurahmanov, rəssamı Əmrah Məmmədovdur. Əsas rolları aktyorlardan Araz Mehrablı, Azər Kərimov, Afət Yaqublu, Zaur Paşayev və başqaları ifa edəcəklər.
Qax teatrı sentyabrın 17-də isə Şəkidə birinci beynəlxalq teatr festivalında Əhməd Orucoğlunun “Zınqrovlu pişik” tamaşanı təqdim edəcək.
11.09.2014