Xəbərlər

Gənc tamaşaçılar teatrı yeni mövsümə “Danışan gəlincik”lə başlayır

01.09.2014. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı sentyabrın 20-də özünün 87-ci teatr  mövsümünü Abdulla Şaiqin eyniadlı əsəri əsasında hazırlanmış “Danışan gəlincik” tamaşası ilə açacaq.  
 
İki hissəli nağıl-tamaşanın quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı əməkdar incəsənət xadimi Gövhər Həsənzadə, rejissoru Müşfiq Əliyevdir. 
 
Tamaşada əməkdar artistlər Gülər Nəbiyeva, Leyli Vəliyeva, aktyorlar Günel Məmmədova, Simuzər Ağakişiyeva, Zülfiyyə Alhüseynova və başqaları iştirak edəcəklər.