Nağıllar, hekayələr

İbrətamiz nağıl: Daş və bulaq

Yaşıl çəmənlikdə, böyük palıd ağacının altında uzun illər axan sərin bir bulaq var idi. İnsanlar bulaqdan su içib, palıd ağacının altında istirahət edərdilər.

 

Bir gün balaca bir oğlan palıd ağacının yanına gəldi. O, dəcəllik etməyi çox sevirdi. Oğlan düşündü:

 

“Maraqlıdır, daşı götürüb bulağa atsam nə baş verəcək? Çox güman ki, möhkəm səs çıxacaq!"

 

Oğlan düşündüyünü etdi, daşı götürüb bulağa atdı. Su şiddətlə şaqqıldadı. Uşaq bunu görüb güldü, sonra isə öz hərəkətinin səhv olduğunu bilmədən oradan uzaqlaşdı.

 

Sən demə, daş dibə düşərək bulağa su verən dəliyin üstünü bərk örtmüşdü. Artıq bulağa su gəlmirdi. Bulaq qurumağa başladı.

 

Bulağın yaxınlığındakı palıd və ot örtüyü qurudu, çünki yeraltı çaylar artıq  başqa bir yerə axırdı.

 

Bülbül palıd üzərində yuva qurmağı dayandırdı. Başqa bir çəmənliyə uçdu. Çəmənlikdə bülbülün nəğməsi susdu.

 

İllər keçdi. Oğlan baba oldu. Bir gün o, nə vaxtsa yaşıl bir çəmən olduğu yerə gəldi, lakin indi burada nə çəmən, nə palıd, nə də  bulaq var idi. Yalnız isti qum, quru külək əsirdi.

 

"Burada nə baş verib? Hamısı hara getdi?" – deyərək baba öz-özünə düşündü.