N. Nosov. Oyunbazlar
Biz Valya ilə oyunbazıq. Həmişə özümüzdən maraqlı və əyləncəli oyunlar qururuq. Bir gün biz “Üç donuz” hekayəsini oxuduq. Daha sonra oynamağa başladıq. Biz otaqda qaçdıq, hoppandıq və qışqırdıq:
-Biz boz canavardan qorxmuruq!
Sonra anam mağazaya getdi. Valya dedi:
-Petya gəl özümüzə nağıldakı donuzlar kimi ev quraq.
Biz yatağın ədyalını daşıdıq və onu stolun üstünə örtdük. Beləcə bizim evimiz oldu. Girdik evimizə ora çooox qaranlıq idi. Valya dedi:
-Bax nə yaxşı oldu indi bizim öz evimiz var. Biz həmişə burada qalarıq və heç kimi də evimizə buraxmarıq. Əgər boz canavar gəlsə biz onu da qovarıq.
Mən dedim:
-Hayıf bizim evdə pəncərə yoxdur, ev çox qaranlıqdır.
Valya dedi:
-Eybi yoxdur donuzlarında evin də pəncərə yox idi.
Mən soruşdum:
- Sən məni görürsən?
-Yox bəs sən məni?
-Yox mən heç özümü də görmürəm.
Birdən kimsə mənim ayağımdan tutar! Mən onda bərkdən qışqıracam! Bunu deyib stolun altından çıxdım. Valyada mənimlə birgə çıxdı.
-Sənə nə oldu?- Valya soruşdu.
-Mənim ayağımı kimsə dartdı, bəlkə boz canavar idi.
Valya qorxdu və otaqdan çıxdı, mən də onunla bərabər. Dəhlizə qaçdıq və qapını bağladıq.
-Gəl qapını tutaq o aça bilməsin –mən dedim.
Biz qapını bərk-bərk tutduq.
Valya dedi:
-Bəlkə orada heç kim yoxdur?
-Bəs onda kim mənim ayağıma toxundu?
-Mən toxundum, bilmək istəyirdim ki, sən haradasan.
-Bəs niyə bayaqdan demirsən?
-Mən qorxdum, sən məni qorxutdun.
Biz qapını açdıq. Otaqda heç kim yox idi. Amma hələ də stola yaxınlaşmağa qorxurduq, birdən oradan boz canavar çıxar.
Mən dedim:
-Get yorğanı çək.
-Yox sən get.
-Orada heç kim yoxdur.
-Bəlkə var.
Mən barmaqlarımın ucunda stola yaxınlaşdım ədyalın qırağından tutub çəkdim və qapıya qaçdım. Ədyal stolun üstündən düşdü, orada heç kim yox idi. Biz sevindik evi yenidən düzəltmək istədik. Amma Valya dedi:
-Birdən kimsə yenidən ayağına toxunar.
Beləliklə biz bir daha “Üç donuz” oyununu oynamadıq.
Tərcüməçi: Nəsrin İsayeva
27.08.2020