Xəbərlər

“Qoğalın nağılı” tamaşasına ictimai baxış olacaq

İyulun 16-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Qoğalın nağılı” tamaşasına ictimai baxış olacaq. Tamaşanın məşqləri mayın sonlarından başlanıb. Pərvin Nurəliyevanın səhnələşdirdiyi eyniadlı pyes əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı İradə Muradovadır. Əsas rolları Günel Məmmədova, Zülfiyyə Alhüseynova, Roza İbadova, Anar Seyfullayev və başqaları canlandıracaqlar. Teatrın yeni 87-ci mövsümünün ilk tamaşası da məhz “Qoğalın nağılı” olacaq. Yeni tamaşanın premyerası oktyabrın 11-12-də baş tutacaq.