Yeddi yaşlı Aylin Nəcəfli ölkəmizi beynəlxalq festivalda təmsil edəcək
17.06.2014. İyunun 27-dən 30-dək Bolqarıstanın Varna şəhərində uşaqlar arasında “Golden Sparkles European Music" Festivalı keçiriləcək. Azərbaycanı bu festivalda yeddi yaşlı Aylin Nəcəfli təmsil edəcək. Bu barədə məlumatı festivalın münsiflər heyətinin Azərbaycan nümayəndəsi, prodüser, fəlsəfə elmləri doktoru Hüseyn Cavadzadə verib.