Xəbərlər

Gənc Tamaşaçılar Teatrında uşaqlar üçün yeni tamaşa hazırlanır

10.06.2014. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında uşaqlar üçün yeni tamaşa hazırlanır. Pərvin Nurəliyevanın səhnələşdirdiyi “Qoğalın nağılı” pyesi əsasında hazırlanan eyniadlı  tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı İradə Muradovadır.
 
Tamaşada  Günel Məmmədova, Zülfiyyə Alhüseynova, Roza İbadova,   Anar Seyfullayev, Araz Pirimov, Ramil Məmmədov, Müşfiq Əliyev, Eşqin Quliyev əsas rolları canlandıracaqlar. 
 
Teatrın yeni – 87-ci mövsümündə göstəriləcək tamaşanın maraqlı səhnə həlli, musiqi tərtibatı və aktyor seçimi uğurlu nəticənin təmin olunmasından xəbər verir.