Xəbərlər

Uşaqlar üçün “Sehrli ev” cizgi filmi pulsuz nümayiş olunub

03.06.2014. Nizami Kino Mərkəzində Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə “Sehirli ev” cizgi filmi pulsuz nümayiş olunub. Amerika və Belçika istehsalı olan “Sehirli ev” animasiya filmi hər şeyə maraq göstərən küçə pişiyinin qoca illüziyaçı Lorensonun sirlərlə dolu evinə düşməsindən bəhs edir. Çoxlu heyvan yaşayan bu evdə yeni sakini heç də xoş qarşılamırlar. Xüsusilə də dovşan Cek və siçan Minni ona qarşı şübhə ilə yanaşırlar. Lakin qoca Lorenso xəstəxanaya düşdükdə yaxın qohumunun onun evini satmaq istədiyini öyrənən heyvanlar, birləşmək məcburiyyətində qalırlar və evi xilas etmək planında əsas əziyyət pişiyin boynuna düşür. Filmi Ben Stassenin ssenarisi əsasında rejissor Ceremi Deqruson ekranlaşdırıb.